Advertisement X
www.youtube.com/watch?v=mVu_nyeL5zU
  
sevgililer.tk
  Ana səhifəyə geri dön
Yazı:
Xoşbəxtsənmi? Ağlama dedimsə, ağlatdın məni, Nə oldu bitirdin uca sevgini? Məni ağlar qoydun, öldürdün məni Mənsiz həyatında de xoşbəxtmisən? Mənə inanmadın daim yoxladın, Sevgimi saymadın, qürura qandın Əmin ol sözündən, demə aldandın Mənsiz həyatında de xoşbəxtmisən? Bu həyat üzümə gülmədi heç vaxt Həmişə sındırdı, yox etdi həyat De mənsiz oldunmu sən indi rahat? Mənsiz həyatında de xoşbəxtmisən? Sevgidən ucadır qürurün sənin. Nə qədər ömrü var sənin hissinin? Qiyməti yoxmudur mənə sevginin? Mənsiz həyatında de xoşbəxtsənmi? Axır ki anladım heçəm mən sənə, Sahib olammadım sənin sevginə Mənim sualıma cavab versənə, Mənsiz həyatında de xoşbəxtsənmi? Daha inanmıram yar olmağına Düşündüm yaxınsan, bir nəfəs kimi, Soyuq bir səssizlik boğur eşqimi. Mən səni sevmədim bir həvəs kimi, Bəlkə də sənsizlik boğur eşqimi. Eşqinlə alışdım, eşqinlə yandım, Mən alov, sən isə bir külüm oldun. Ömürlük sevdaya sənlə inandım, Könül baxçamdakı bir gülüm oldun. Mən səni sevirəm,dünyalar qədər, Amma qazandığım sənsizliyimdir. Sənsə qəlbini yox, verirsən kədər, Ölümüm yatağda səssizliyimdir. Gözlərim önündə zülmət qaranlıq, Xəyalda öpürəm yanağlarından. Gözlərim qaraldı, öldüm bir anlıq, Çünki öpmüş idim dodağlarından. Eşqinlə yaşaram, ölüm nədir ki, Məzarım üstündə sən ağla ancaq. Ölərəm səninlə, gülüm, nədir ki, Sevgim ruhumdadır,yox olmayacaq. Məhəbbət insanın varlığı, özü, Onsuz yaşamağın mənası yoxdur. Məhəbbət könlümün ən şirin sözü, Bu könlün ayrı bir dünyası yoxdur. Unutma, sevgilim, sevgi gərəkdir, İnsanın həyatda var olmağına. Heyrətli duyğular Bu necə duyğudur, bu necə hisdi, Cismim çox soyuqdur, qəlbimsə isti, Bəlkə də sevgiylə nifrət əkizdi, Duyğunun özü də heyrətə gəlir. Yağış səpələnir üzümə dən-dən, Ömrüm də qısalır sən gedən gündən, Amma sənsiz keçən hər saniyəmdən, Oyanır əsirlər, qeyrətə gəlir. Duyğunun özü də heyrətə gəlir. Bəzən xəyalın da incidir məni, Deyir ki, sevgilin düşünmür səni, Bəlkə mən anlamıram sən tək sevəni, Ruhum sən olanda təbiətə gəlir. Duyğunun özü də heyrətə gəlir. Gözüm gözlərinə baxdığı zaman, Ucalar, amma ki, utanar biraz. Təkcə istəyimdir sev məni hər an, Çün sevgi baqi, ömür isə az, Yaşamım səninlə qiymətə gəlir, Duyğunun özü də heyrətə gəlir. Hərdən xəyalınla danışıram mən, Şikayət eyləyib uzağlaşıram, Nə olsun, qəlbimlə vuruşuram mən, Bəlkə sənsizlikdə ucuzdaşıram, Ruhum sənin üçün həsrətə gəlir, Duyğunun özü də heyrətə gəlir. Şairim, tapmamısan sevgini qışda, Əl-ələ tutmuşdun leysan yağışda, Heç etmə özünü ondan soruş da, Hislərin onunla söhbətə gəlir, Duyğunun özü də heyrətə gəlir. Sənsiz yaman darıxmışam Ürəyimdə suxurlanmış məhəbbətin izlərini, Baxışınla yaşadarsan ilk eşqimin bənzərini, Bu dünyaya dəyişmərəm şəfəq sacan gözlərini, Od almışam sifətindən, axıb sənə qarışmışam Sənsiz yaman darıxmışam! Bir haray var gəncliyimdə, qoyammıram ona bir ad Gör nədəndir? Eşqimizdən ərşə qalxıb nalə,fəryad Bu ayrılıq günlərində bircə kərə olsaydıq şad, Deyə bilməm, bəxti kəməm, dərdli-qəmli yaranmışam Sənsiz yaman darıxmışam! O gülüşün nə şirindir, həsrətinsə yaman cətin Mən soyuyub buza döndüm, qızdırarmı hərarətin? Bir gizlicə, bir alovlu, bir bəlalı məhəbbətin Alovunda tüstülənib, yanıb-yanıb kül olmuşam Sənsiz yaman darıxmışam! Elə bilmə sakit-sakit inildəyən mən bir neyəm, Elə bilmə saclarına sıgal cəkən bir küləyəm, Uzaqdasan... Xəyalınla yaşayıram, elə bil ki səninləyəm Harda olsam səni hər an düşünməyə calışmışam Sənsiz yaman darıxmışam! Tanrımı apardı, özünmü getdin? Sənsizəm, yalqızam, tənhayam daha Tanrımı apardı, özünmü getdin?! Xəbərin oldumu batdın günaha, Tanrımı apardı, özünmü getdin?! ...Mən eşq dəlisiydim-sevdası səndən, İndi ayrılıqsan saçımda dən-dən. Sən özün gəlmişdin, çağırmadım mən, Tanrımı apardı, özünmü getdin?! ...Könül, sənə yendim, tək sənə bil, sən, Ayrılıq ölümdən betərdi bilsən... Ey, məni təkliyə tapşırıb gedən Tanrımı apardı, özünmü getdin?! Sənki yoxsan yanımda Yaman acı sızlayır, könlümdəki yaralar. Bu yaralı könüldə canım, səni haraylar. Sinəmdəki dərdləri, yalnız sevgin anlayar. Ağlamayım neyləyim, sənki yoxsan yanımda, Qəmli gözüm axtarır, səni dərdli anımda. Gəl üz-üzə duraq biz, bax gözümdə kədərə. Bircə kəlmə sözünlə, dönər coşan sellərə, Nə olar gəl əllər çək, qəribsəyən tellərə, Ağlamayım neyləyim, sənki, yoxsan yanımda, Qəmli gözüm axtarır, səni dərdli anımda. Son dəfə görüşəndə, kədərlə ayrılmadıq, Məncə sevgi yolunda, biz heçdə yanılmadıq, Ayrılıqda üşüdük, nədəndir anlamadıq, Ağlamayım neyləyim sənki, yoxsan yanımda, Qəmli gözüm axtarır, səni dərdli anımda. “Pərvanə”nin qəlbini, kimsə yox sən bilirsən. Bilirsən yaralıyam, elə sual verirsən, Gözlərin kədərlidir, niyə tez-tez deyirsən? Gözlər necə gülsün bəs, sənki yoxsan yanımda, Qəmli gözüm axtarır, səni dərdli anımda. Gəl ölməyə qoyma məni Sənsiz bu dünyada yaşamaq çətin, Sənlə imiş sevgim, eşqim səadətim Puç olubdur bu həyatda məhəbbətim, Son nəfəsdir səsləyirəm yalnız səni Yalvarıram gəl ölməyə qoyma məni . Sellər sular tək çağladım, Bu dünyada hey ağladım. Can səhifəmi vərəqlədim, Son nəfəsdir səsləyirəm yalnız səni Yalvarıram gəl ölməyə qoyma məni. Dayan getmə bir dön geri, Səninlədir ürəyimin dərdi-səri. Bir bölmüşəm axı sənlə xeyri-şəri Son nəfəsdir səsləyirəm yalnız səni, Yalvarıram gəl ölməyə qoyma məni. Gör səndən nə diləyirəm, Üzünü görmək istərəm. Ağlayıb yaşlar tökərəm, Son nəfəsdir səsləyirəm yalnız səni Yalvarıram gəl ölməyə qoyma məni. "Pərvanə"yəm dərdlilərə dərd yoldaşı, Bu dünyada səndən qalan tək göz yaşı. Sən gəlməsən kim qoyacaq məzar daşı? Son nəfəsdir səsləyirəm yalnız səni Yalvarıram gəl ölməyə qoyma məni . Necə yaşayım? Səni görməyəndə darıxır qəlbim Danışa bilmirəm tutulur dilim Həmişə yolunu gözlərəm gülüm Yarsız bu yerlərdə necə yaşayım? Sənsizlikdə səni hər an anmışam Birlikdə olanda xoşbəxt olmuşam Sən getdin yenədə tənha qalmışam Tənha bu yerlərdə necə yaşayım? Sevirəm sevgilim sən buna inan Dilim deyə bilməz bu sözü yalan Sənsiz həyatım bil qara zindan Zindan həyatında necə yaşayım? Sənsizlik həsrəti məni boğubdur Baxanda hər yana qara buluddur Buludlu həyatıma qəmlər yağıbdır Qəm yağışı altında necə yaşayım? Gözlərimlə görüm İstərdim bu sirli dünyanı gözlərimlə görüm Bənzəyib məcnuna səhranı gözlərimlə görüm İstəməzdim bir daha mən çəkim eşqin əzabın Arzumdu bir dəli sevdanı gözlərimlə görüm Gecələr yatmayanda xəyalın qatır başımı İndi bəs mən necə röyanı gözlərimlə görüm Vəfalı yarımı heç yuxumda da görməyirəm Bəs necə o gözü şəhlanı gözlərimlə görüm Mən bir bülbül kimi qəfəsdə hey çırpınıram Ya Rəbb aç qəfəsi şeytanı gözlərimlə görüm Ağayam, ölüb getsəm qələm olar baş daşım Nə, qədər mən sağam misranı gözlərimlə görüm Mənim sevdam yaşamırsa Yalnız idim,anlada bilmədim. Nə sənə nə də başqasına. Bu sevgi məni öldürürdü. Dinlə,bax artıq sonuna gəldim. Əlimi qana batırır. Əvvəlcə içimdəki səni. Sonra ürəyimi sənsizliyə məhkum edirəm. Mənim sevdam sevib qovuşmayanlardandır. Mənim sevdam anlanılmayan sevda kimi yaşayırdı. Mənim sevdam yaşamırsa O zaman, Ölümə məhkumdur. Nə Olar Buraxma Sən Bu Əlləri... Gedirəm Həyatım Unutma Məni, Yada Sal Xoş Anları, O Xoş Günləri. Dönmə Sevgindən Gözlə Sən Məni, Nə Olar Buraxma Sən Bu Əlləri... Həyatım Olubdur Sənsiz Mənasız, Ölmüşəm Mən Burda Sənsiz Əlacsız. Məcburən Qalmışam Mən Sənsiz Yalqız, Nə Olar Buraxma Sən Bu Əlləri... Günlərim Dönübdür Burda İllərə, Yoxdur Sənsizliyimə Burda Bir Çarə. Röyamda Deyirəm Hanı O Yarə, Nə Olar Buraxma Sən Bu Əlləri... Gəzirdik Səninlə Biz O Bulvarı, Bilmirdik Nə Vaxtsa Qalarıq Ayrı. Bizi Ayırdı Bu Aprel Ayı, Nə Olar Buraxma Sən Bu Əlləri... Deyirdim Mən Sənə Ay Şirin Sözlüm, Durmadan Deyərdin Ay Gülər Gözlüm. Kimsədən Xəbərsiz Sən Oldun Sözlüm, Nə Olar Buraxma Sən Bu Əlləri... Xətrinə Dəymişəm Məni Bağışla, Adını Qəlbimə Yazdım Naxışla. Bəzən Ağlayardın Yağan Yağışla, Nə Olar Buraxma Sən Bu Əlləri... Arxamca Ağlama Yolumu Gözlə, Şəkilimə Baxaraq Sən Məni Özlə. Ürəkdən Deyirəm Bunu Bir Sözlə, Nə Olar Buraxma Sən Bu Əlləri... O bir fırtınadır, dəli küləkdir, Daha inanmıram yar olmağına.
Yeni şərh yaz:
Başlıq:
Şəkillər:
Şəkillər
Şərhiniz:
Kodu olduğu kimi aşağıda yazın:

Hər ehtimala qarşı sizin İP adresiniz yazdığınız şərhlə birlikdə bizim dicital bankımızda saxlanılır.
Xətdə olanlar:
agaaga MirbaciMirbaci FazilFazil 3w.fulldown-.tk3w.fulldown-.tk KamranKamran SamirSamir Comp ServisComp Servis BOYUKAGABOYUKAGA rasulrasul OrxanOrxan RəsulMirhəşimliRəsulMirhəşim Hack66Hack66 SəxavətSəxavət RamilRamil ALIMALIM ORXANORXAN necefnecef və 303 Qonaq